Qarışıq döyüş növü üzrə amerikalı idmançı (MMA) Dastin Porye “UFC 264” turnirinin əsas görüşündə irlandiyalı Konor Makqreqoru ilə üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “championat.com” saytında yer alıb.
Mənbə yazır ki, görüş yarımçıq dayandırılıb. İlk raundun sonunda irlandıyalı döyüşçünün ayağı sınıb.
O, mübarizəni davam etdirə bilməyib və qələbə Poryeyə verilib.
Bu qələbədən sonra Dastin Porye braziliyalı Çarles Oliveiranın sahibi olduğu çempionluq kəmərinə iddiaçı olub.
Bizim.Media