Argentinanın hücumçusu Lionel Messi “Copa America”da çoxdan gözlənilən qələbədən sonra duyğularını saxlaya bilməyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “footboom.com” saytında yer alıb.
Mənbə yazır ki, son fitdən sonra Messi meydanda oturub və sevincindən ağlayıb.
Nəhayət, onun xəyalı gerçək olub: ilk kubokunu milli komanda ilə qazanıb.
Bütün komanda Lioneli təbrik etmək üçün onun yanına qaçıb və bir az sonra onu qucaqlarında yelləməyə başlayıblar.
Xatırladaq ki, “Copa America 2021”in finalında Argentina Braziliyanı Marakana stadionunda 1-0 hesabı ilə məğlub edib.
Bu görüşdəki yeganə qolu Angel Di Maria vurub.
Bizim.Media
MOMENTO CUMBRE ?
— Copa América (@CopaAmerica) July 11, 2021
Pitazo final. Messi se quebranta. Argentina celebra ?? ?#VibraElContinente #CopaAmérica pic.twitter.com/PaJz0kf6Wd
#CopaAmérica ?
— Copa América (@CopaAmerica) July 11, 2021
¡EL MOMENTO TAN ESPERADO! Pitazo final y así lo gritó Lionel Messi ????
?? Argentina ? Brasil ??#VibraElContinente #VibraOContinente pic.twitter.com/BacbLCghFU