“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda və ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin əmri ilə Nazirliyin yanında İctimai Şuranın formalaşdırılması üçün seçkilərin təşkili və keçirilməsi məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilir ki, seçki komissiyasının keçirilmiş ilk iclasında gündəlikdə dayanan məsələlər müzakirə olunmuş, o cümlədən İctimai Şuranın üzvlərinin say həddi 11 nəfər tərkibdə müəyyən edilmiş, İctimai Şuranın üzvlüyünə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi, seçkidə namizəd və ya təmsilçi (seçici) kimi iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı məsələlərinə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:16 / 10.07.2021
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılır
Hazırda oxunan: İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılır
Hazırda oxunan: İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılır
28134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.