Qubada qədim qəbirlər TAPILDI - ÖZƏL - FOTOLAR

Hazırda oxunan: Qubada qədim qəbirlər TAPILDI - ÖZƏL - FOTOLAR

0:00
0:00
28130

Quba rayonunun dağlıq Qrız kəndində yeni məktəb tikintisi zamanı tarixi abidə olan qədim qəbirlər və saxsı nümunələri aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bir neçə qəbir və saxsı əşya qırıqlarının tapılması barədə lazımi qurumlar məlumatlandırılıb.Mədəniyyət Nazirliyi  yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional şöbəsinin əməkdaşları  məktəb tikintisi aparılan yerə baş çəkib və tikinti saxlanılıb.

Yerli sakinlər tapılan qəbirlərin 11-ci və 12-ci əsrlərə aid olduğunu ehtimal edirlər.Ancaq bu,mütəxəssis və arxeoloqların yerində baxışından sonra məlum olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Aytəkin Alxaslı: "Mən o deyiləm..." - VİDEO


Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev tapıntı yerinə baxandan sonra  tarixi qəbirlərin hansı dövrə aid olduğunu deməyin mümkün olacağını bildirib. Mədəniyyət Nazirliyi Arxeologiya və Etnoqrafiya İnstitutuna rəsmi müraciət  edəndən sonra əraziyə baxış keçiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin