“ “Bayraktar”ların Qarabağda tətbiqi Fransanı narahat edir” - “La Monde”

Hazırda oxunan: “ “Bayraktar”ların Qarabağda tətbiqi Fransanı narahat edir” - “La Monde”

28126

Fransanın məşhur “La Monde” nəşrində hərbi ekspert Lui Qotiyenin (fr.Louis Gautier) “PUA-lar müharibəsi” başlıqlı məqaləsi dərc edilib.

Bizim.Media-nın məlumatına görə, yazıda bildirilib ki, Türkiyə hərbi qüdrətini, eləcə də hərbi sənaye-ixrac imkanlarını artırıb, ənənəvi silahlara aletrnativ olan yeni nəsil silah və sistemlərdən istifadə edərək mühüm üstünlük əldə edib.

Müəllif qeyd edib ki, 2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir.

Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub.

Məqalədə həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb.

Bildirilib ki, II Qarabağ müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub. 

Hərbi ekspert xüsusi olaraq Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq nəticəsində Ermənistan tərəfinin ağır itkilər verdiyi də qeyd edib.

Nəşr bildirib ki, hələlik Türkiyənin dron sistemlərinə yalnız Azərbaycan və Qətər malikdir. Növbəti ölkələrin isə Polşa və Ukrayna olması gözlənilir. Latviya da bu sistemləri almaqda maraqlıdır. PUA-ların Qarabağda mükəmməl tətbiqi dünyanın bir çox hərbi qərargahlarını, o cümlədən Fransanı narahat edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin