Hesablama Palatası YAP-da yoxlamalar aparır

Hazırda oxunan: Hesablama Palatası YAP-da yoxlamalar aparır

0:00
0:00
28102

Yayılan məlumatlara görə, Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Bizim.Media xəbər verir ki, məlumatda yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə etdiyi bildirilir.

Palata bu dövr ərzində YAP-ın maliyyə fəaliyyətini təftiş edəcək.

Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev Bizim.Media bildirib ki, yoxlamalar hər il olduğu qaydada həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Hesablama Palatası “Azərsu”dakı korrupsiya faktını üzə çıxartdı


Onun sözlərinə görə, sadəcə bu il kənar audit ilk dəfə olaraq, Hesablama Palatasına həvalə olunub.

“Hər il olduğu kimi, hazırda da maliyyə təsərrüfat fəaliyyətinin kənar auditi həyata keçirilir". 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin