Dünyanın ilk Qanuni oğrusu Ağdamlı olub - Tarixi FAKTLAR - FOTO

Hazırda oxunan: Dünyanın ilk Qanuni oğrusu Ağdamlı olub - Tarixi FAKTLAR - FOTO

28099

Oğru qanunlarının nə zaman yazılması barədə müxtəlif fikirlər var.

Bizim.Media xəbər verir ki, SSRİ-də ilk dəfə olaraq bu qanunları yazan, Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan, lakin əsl adı Ürfan İbrahim oğlu Yusifli olub.

Ağdamda doğulan Ürfan krimnal dünyada Bəbir kimi tanınıb. Bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatıb.

Peterburq Tibb Universitetində təhsil alan Bəbir valideyinlərinin ona olan dəstəyinə baxmayaraq, atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq cəmiyyətdə sosial ədalətslik görərək etirazını bildirmiş, yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 

10 illik həbs cəzası alan Bəbir Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb qara qanun deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və ona bu qanunları yazmaqda köməkçi Moğol imperatoru Çingiz xanın Yasası olur.

Bəbir bu Yasanın ilk iki maddəsi ilə demək olar ki, oğru dünyasının bünövrəsini qoyub.

Bəbirin əsas məqdəsi bu idi ki, “Oğrular” ümumi xəzinəyə gələn vəsaitə nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz cameələri içinə almaq, artıq özlərini təsdiqləmiş “brodyaqa”ları nəhəng “oğru ailəsi”nə dəvət etmək, həmçinin “oğru” adına ləkə gətirmiş şəxslər barəsində hökm çıxarmaq hüququna malikdirlər. 

Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşüb. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir.

Tümendə Bəbir barəsində 46 saylı türmənin rəisi dəfələrlə şikayət məktubu yazsa da, Oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir iş görə bilmir.

Çünki bütün ölkədə olan həbsxanalara malyava-məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi. 1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı.

Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə qaçır, sonra Səudiyyə Ərəbistana Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir. (Dosent Zaur Əliyev)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin