"Grand Chess Tour": Şəhriyar bu dəfə 6-cı oldu

Hazırda oxunan: "Grand Chess Tour": Şəhriyar bu dəfə 6-cı oldu

28054

"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un Rapid turnirində sonuncu turların partiyaları oynanılıb.

Bizim.Media xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb.

Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb. Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin