Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər.
Bizim.Media xəbər verir ki, Finlandiyanın hakimiyyət orqanları ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv ediblər.
Bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.
İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.
Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.
Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb (Azərtac).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:27 / 09.07.2021
Azərbaycanlılar bu ölkəyə də səyahət edə biləcəklər
Hazırda oxunan: Azərbaycanlılar bu ölkəyə də səyahət edə biləcəklər
Hazırda oxunan: Azərbaycanlılar bu ölkəyə də səyahət edə biləcəklər
28048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.