"Relax" istirahət mərkəzinin işçisinin meyiti çayda tapıldı

Hazırda oxunan: "Relax" istirahət mərkəzinin işçisinin meyiti çayda tapıldı

28046

Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti dağ çayında tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lerik rayon prokurorluğundan  məlumat verilib.

Bildirilib ki, İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin