Ötən gün Qazaxda 2 nəfərin Kür çayında batmasının bəzi təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, rayonun Aslanbəyli kənd sakinləri 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kürdə çimən zaman boğulub.
MÖVZU İLƏ BAĞLI:
Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB
Bu zaman onun yanında olan həmkəndlisi, 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu 15 yaşlı yeniyetmənin boğulduğunu görüb. M.Şirməmmədov həmkəndlisini xilas etmək istəyən zaman o da çayda boğulub.
Ötən gün axşam saatlarında 22 yaşlı gəncin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
15 yaşlı gəncin isə meyitinin Kür çayında axtarışları davam edir.
Qeyd edək ki, M.Şirməmmədovun bu gün nişan mərasimi keçiriləcəkdi. (apa)
Bizim.Media