Xarici diplomatlar Şuşada Qazançı kilsəsində - FOTO

Hazırda oxunan: Xarici diplomatlar Şuşada Qazançı kilsəsində - FOTO

28036

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Qazançı kilsəsində olublar.

Bizim.Media xəbər verir ki, diplomatlara kiləsinin tarixi barədə məlumat verilib.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, kilsənin inşası 1887-ci ildə başa çatıb.

Xüsusi nümayəndə qeyd edib ki, 19-cu əsrin ortalarında Rusiya imperiyasının ilk qərarlarından biri də Qarabağ ərazisinə ermənilərin köçürülməsi olub, ermənilər, həmçinin, Şuşada məskunlaşdırılıblar.

Qeyd olunub ki, ermənilər işğal zamanı kiləsinin xarici və daxili arxitektura quruluşunda dəyişiklik edərək, erməniləşdirməyə cəhd ediblər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev hazırda kilsədə təmir-bərpa işlərinin aparıldığı, məqsədin kilsənin işğaldan əvvəlki vəziyyətinə qaytarılması və insanların xidmətinə verilməsi olduğunu bildirib.

H. Hacıyev Ermənistanın 30 il ərzində işğal altında olan torpaqlarda Azərbaycana məxsus dini abidələri məhv etdiyini də diplomatların diqqətinə çatdırıb.

Qonaqlar kilsə ilə tanış olub, içərisinə baxış keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin