Avqustun sonuna qədər “Delta” ştammı bütün Avropa ölkələrinə yayılacaq.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Zaqreb Yoluxucu Xəstəliklər Klinikasının direktoru Alemka Markotiç bildirib.
O, Hindistan ştammının Avropada dominant olacağını qeyd edib:
"Hazırki mərhələdə “Delta” ştammı gənclər arasında sürətlə yayılır, Portuqaliya, Kipr və İspaniyada bununla bağlı acınacaqlı vəziyyətdir”.
Mütəxəssis Avropa əhalisini Hindistan ştammının gərginliyindən qorunması üçün vaksinasiyanı ən qısa müddətdə başa çatdırmağa çağırıb.
Qeyd edəək ki, Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətləri koronavirusun “Delta” ştammına qarşı yeni vaksin hazırlayıblar.
Yeni vaksinin ilk sınaq partiyasının şirkətin Maynz şəhərindəki zavodunda istehsal edildiyi deyilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:01 / 09.07.2021
“Delta” ilə bağlı daha bir TƏHLÜKƏ – Avqustda...
Hazırda oxunan: “Delta” ilə bağlı daha bir TƏHLÜKƏ – Avqustda...
Hazırda oxunan: “Delta” ilə bağlı daha bir TƏHLÜKƏ – Avqustda...
28032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.