Səyahətə çıxanda bu mazı GÖTÜRÜN – TƏBİB-dən təlimat

Hazırda oxunan: Səyahətə çıxanda bu mazı GÖTÜRÜN – TƏBİB-dən təlimat

28021

“Yay mövsümündə istənilən yerə səyahət edənlər mütləq özləri ilə “Repelent” mazını götürməlidirlər. Xüsusilə uşaqlarda həşərat və müxtəlif böcəklərin dişləməsindən sonra bu məlhəmdən istifadə edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva qurumun “Səyahət sağlamlığı” verilişində qeyd edib. 

Onun sözlərinə görə xüsusən çox gənc uşaqlarda bir böcəyin dişləməsinə diqqətli olmalıyıq və onu müşahidə altında saxlamalıyıq.

Dişləmənin özünün mürəkkəb ola biləcəyinə şübhə yaradan digər simptomların vaxtında aşkar edilməsi üçün böyük istirahət mərkəzlərində çalışan tibb işçilərinə müraciət edilməlidir:

“Ola bilər ki, getdiyiniz yerdə həşərat olsun. Bu mazı həşərat və böçək dişləməsindən, eləcə də günvurmadan sonra istifadə etmək lazımdır”.

Yaqut Qarayeva əlavə edib ki, bütün insanlar ilkin tibbi yardımla bağlı məlumatlı olmalıdırlar:

“Getdiyiniz yerdə və yanınızda tibb işçisi olmaya bilər. Bu baxımdan səhhəti pisləşən insana tibb işçisi müdaxilə etmədən əvvəl tibbi yardım göstərə bilərsiniz. Səyahət sağlamlığımız üçün vacibdir və pozitiv emosiyalara səbəb olur. Biz səyahət üçün darıxmışıq. Bunun müsbət tərəfləri var və rutin həyatdan uzaqlaşırsan. Bəzən insanlarımz bir il ərzində etmədiklərini bir həftə ərzində edirlər. Fiziki aktivlik etməklə bədənlərini stresə salırlar. Buna da diqqət etmək vacibdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin