Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilənməlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 55755-i müalicə olunaraq sağalıb, 985-i vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.
Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.
Bizim.Media