Ciddi karantin rejimi qayıda bilər – EKSPERT

Hazırda oxunan: Ciddi karantin rejimi qayıda bilər – EKSPERT

2788

Vəziyyət hər an nəzarətdən çıxa bilər. Ümumi qənaət belədir ki, biz artıq bu xəstəlikdən təbii keçmə yolu ilə yaxa qurtaracağıq. Hazırda koronavirusa yoluxan insanların sayı rəsmi stastikadan dəfələrlə çoxdur. Belə olduğu halda vəziyyətə nəzarət edən dövlət qrumlarına nə ehtiyac vardı?

Bunu Bizim.Media-ya müsahibəsində tibbi ekspert, professor Adil Qeybulla deyib. Bildirib ki, hazırki vəziyyət bizi kollektiv immunitetə aparır: 

“Əhalinin ən azı 70 faizi yoluxmalıdır ki, kollektiv immunitet formalaşsın və virus yoxa çıxsın. Faktiki vəziyyətin rəsmi rəqəmlərdən daha ağır olduğunu nəzərə aldıqda müşahidələr göstərir ki, əhalinin böyük hissəsi yoluxub. Elə rayonlar var ki, əhali kütləvi şəkildə xəstədir. Biz kollektiv immunitetə gedirik.  Artıq koronavirusun yoxa çıxması bu kollektiv immunitetin  nəticəsində mümkün olacaq”. 

Professor bildirib ki, vəziyyət nəzarətdən çıxarsa, ciddi ölçülər götürüləcək. İnsanların yenidən evə qapanması halı da mümkündür: 

“Vətəndaşlarımız çox məsuliyyətsiz davranırlar. Bu bəladan minimum itkilərlə qurtarmaq istəyiriksə, birinci özümüzdən başlamalıyıq. İctimai nəqliyyatda maskasız əyləşənlər, hətta yemək yeyənlər də az deyil. Karantin davranışlarını orada formalaşdırmaq vacibdir”. 

Adil Qeybulla onu d qeyd etdi ki, yenidən cəmiyyətin nüfuzlu nümayəndələri, ictimai fiqurlar bu işə  cəlb olunmalıdır. Mütəmadi olaraq televiziya ekranlarından xalqa müraciət edilməlidir:

“Barmaqarası baxmaq olmaz bu işə, ən azı 7-8 ay biz hələ bu virusla mübarizə aparacağıq”

Təranə Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin