Bizim.Media “BBC News”-a istinadən xəbər verir ki, son iki ayda ixtiraçı Yezin Əl-Qaysi Kanadanın Toronto metrosunda nəhəng bir qara dəbilqə ilə gəzir.
Dəbilqənin arxasında havanı təmizləmək və içərdəki çirkli havanı çıxartmaq üçün batareyalı ventilyator və filtr tənəffüs sistemi var.
Görünüşünə görə 32 yaşlı gənc çoxlu sayda maraqlı reaksiyalarla qarşılaşır.
“Bir çox insan mənə maraqlı şəkildə yaxınlaşır və onu hardan aldığımı soruşur. Bir çox insan təəccüblənir. əlbətdə mənə gülmürlər, bəlkə də gülürlər ancaq mən görmürəm çünki hamı maskalıdır” - deyə Yezin Əl-Qaysi bildirib.
Əl-Qaysi bu il koronavirusdan qorunmaq üçün texnoloji dəbilqə hazırlayan çoxlu dizanyerlərdən biridir.
Kris Ehlinger isə başqa bir qoruyucu dəbilqənin yaradıcısıdır.
Bu dəbilqələr motosiklet dəbilqələrinə bənzəyir. Güclü hava filtirasiya sistemindən əlavə olaraq, istifadəçinin ətrafdakı insanlarla daha asan danışa bilməsi üçün daxili və xarici mikrofonlara və səsgücləndiricilərə malikdir.
Dəbilqələrin hər ikisinin qiyməti 149–379 dollar arasındadır, lakin heç biri hələ sertifikat almayıb. Hər iki fırma dəbilqələrin istehsalının son mərhələsində olduğunu söyləyib.
Bizim.Media