Sumqayıtda küçədən tapılan yeni doğulmuş qız uşağının fotosu ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin "Yaşıldərə” yaşayış massivində qeydə alınıb. Yeni doğulmuş körpə küçədə oynayan uşaqlar tərəfindən tapılıb.
Top dalınca qaçan uşaqlardan biri səs eşidib və yaxınlaşanda ədyala bükülmüş körpə qız uşağının ağladığını görüblər.
Polisə məlumat verilib körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib.
İlkin ehtimallara görə körpə Sumqayıt şəhəri 1 nömrəli doğum evində dünyaya göz açıb.
Faktla bağlı araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media