Əsirlərimizə işgəncə verən ermənilər Azərbaycan xalqından üzr istədi

Hazırda oxunan: Əsirlərimizə işgəncə verən ermənilər Azərbaycan xalqından üzr istədi

27712

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

"Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi yanımıza düşdü və kontuziya aldım. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmə Ermənistan yaratmışdı. Mən də həmin dəstə ilə Qarabağa gəlmişəm Müharibə idi, nə deyirdilər onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib:

"O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Səhəri Azərbaycan ordusu tərəfindən əsir götürüldüm. Azərbaycanlı hərbi qulluqçuları özümə düşmən bilmirəm. Kaş belə bir müharibə olmayardı".

Lüdvik Mkrtiçyan sonda Azərbaycandan, Azərbaycan xalqından elədiklərinə görə üzr istəyib:

"İnsanıq, hər birimiz səhv edə bilərik".

Prosesdə Alyoşa Xosrovyanda prokurorun suallarına cavan olaraq bildirib ki, Birinci Qarabağ müharibəsində iki ölkə arasında sərhəddə olub:

"Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Səmimiyyətlə demək istəyirəm ki, mən müharibədə könüllü olmamışam. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü yalnız Azərbaycan sərhədlərini pozduğum üçün özümü günahkar bilirəm. Mən də sizdən, xalqdan, hamıdan üzr istəyirəm".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib.

Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçid edilib. Məhkəmə prosesi iyulun 14-də davam etdirləcək. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin