Türkiyənin Konya şəhərində tibb bacısı özünə bıçaqla xəsarət yetirib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, beşmərtəbəli binada yaşayan 40 yaşlı tibb bacısı Dilək T. əvvəlcə balkonunun yanındakı beton parçasının üzərinə çıxıb. O, daha sonra bıçaqla bədəninin müxtəlif nahiyyələrini kəsməyə başlayıb.
Qonşuların zəngi ilə əraziyə gələn polis qadını razı salmağa çalışıb. Polis əməkdaşları bıçağı qadının əlindən yerə salmağa çalışsa da o, bıçağı qarnına batırmağa cəhd edib.
Tibb bacısı ilə 2 saat söhbət aparıldıqdan sonra o, polis əməkdaşlarının tutduğu təhlükəsizlik yastığının üzərinə tullanıb.
Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb.
5 ildir eyni binada yaşayan Dilək T.-nın 2 həftədir işə getmədiyi, son vaxtlarda psixoloji problemləri olduğu üzə çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:22 / 07.07.2021
Tibb bacısı insanların gözü önündə boynunu doğradı
Hazırda oxunan: Tibb bacısı insanların gözü önündə boynunu doğradı
Hazırda oxunan: Tibb bacısı insanların gözü önündə boynunu doğradı
27684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.