Fransa Azərbaycan və Ermənistan arasında məhbus və mina xəritəsi mübadiləsini alqışlayır

Hazırda oxunan: Fransa Azərbaycan və Ermənistan arasında məhbus və mina xəritəsi mübadiləsini alqışlayır

27615

Fransa 15 erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını və eləcə də Füzuli və Zəngilan rayonlarında minalı ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsini alqışlayır.

Bu barədə Bizim.Media-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"İyunun 11-də baş tutan mübadilədən sonra bu mübadilə gərginliyi azaltmaq və tərəflər arasında etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir. Fransa, tərəflərin 10 noyabr 2020-ci il tarixində qəbul etdikləri öhdəliklərin icrasına, o cümlədən əhəmiyyətli bir dialoqun bərpasına və hələ də saxlanılan bütün erməni məhbusların sərbəst buraxılmasına çağırır.

Minsk qrupunun həmsədrliyindəki tərəfdaşları ilə Fransa bu müsbət dinamikanın davam etməsinə çağırır və tərəflərlə birlikdə Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqliyini ifadə edir", - diplomatik nümayəndəlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin