Bakıda "Qırğızlar" kitabının təqdimatı olub - FOTO

Hazırda oxunan: Bakıda "Qırğızlar" kitabının təqdimatı olub - FOTO

27611

İyulun 3-də Bakıda TürkPA-nın mərkəzi ofisində Qırğızıstan parlamentinin üzvü, Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Kanıbek İmanaliyevin "Qırğızlar" kitabının təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə TürkPA-nın  Baş katibi Altınbek Mamayusupov, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, bu qrupun üzvləri Nizami Cəfərov və Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Kanıbek İmanaliyev, Azərbaycan yazıçılar birliyinin üzvü Adil Cəmil və başqaları iştirak ediblər.

Kitabda Qırğız elinin keşməkeşli tarixi, xalqının milli adət-ənənələri, ədəbiyyat və mədəniyyət hadislərindən bəhs edilir. Türk toplumunun bir qolu olan qırğızların dövlətçilik ənənəsindən söhbət açılır. 

“Qırğızlar” kitab Tükdilli dövlətlərinin Siyasətə Dəstək Fondunun sifarişi ilə tərcümə edilib.

Layihənin rəhbəri Fondun prezidenti Nüsrət Məmmədovdur. Nəşr TürkPA-nın dəstəyi ilə işıq üzü görüb. Kitabın Azərbaycan dili versiyasının redaktoru məşhur jurnalist - yazar Vəli Əkbərdir.

Növbəti təqdimatın sentyabr ayında Qırğızstanda keçiriləcək festival çərçivəsində baş tutması gözlənilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin