Ramzan Kadırov Çeçenistan Respublikasının başçısı seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “gazeta.ru“ saytı regional seçki komissiyasına istinadən yayıb.
"1921-ci il sentyabrın 19-na təyin edilmiş Çeçenistan Respublikasının başçısının seçkilərində Çeçenistan Respublikasının hazırkı başçısı, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun namizədliyi bu gün irəli sürüldü". Bəyanatda belə deyilir.
Seçki komissiyasından verilən məlumata görə, bölgə başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti 8 iyulda bitir.
Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəridir. Bölgə başçısı üçün son seçkilər 18.5.2016-cı il tarixdə keçirilib, Kadırov seçicilərin 97,56% səsini qazanıb. Bundan əvvəl “Vahid Rusiya” partiyası Kadırovu Çeçenistan rəhbəri seçilməsinə namizəd olaraq irəli sürmüşdü.
Rusiya Prezidenti Vladimir Putin də Kadırova yeni müddət üçün Çeçenistan rəhbəri seçkilərinə getməyi təklif etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:09 / 06.07.2021
Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü
Hazırda oxunan: Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü
Hazırda oxunan: Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü
27596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.