Maksim Yusin: “Dünyaya erməni gözü ilə baxmamalıyıq” - VİDEO

Hazırda oxunan: Maksim Yusin: “Dünyaya erməni gözü ilə baxmamalıyıq” - VİDEO

27551

Rusiya telekanalının birində "Kommersant" qəzetinin beynəlxalq içmalçısı, politoloq Maksim Yusinlə tarix elmləri namizədi, “Realist” informasiya agentliyinin Baş redaktoru Sarkis Çaturyan arasında mübahisə düşüb. Belə ki, studiyada dünya siyasəti, xüsusilə Əfqanıstanda, Tacikistan-Qırğızıstan sərhədində baş verənlər müzakirə predmeti olub. Çaturyan isə hər danışığında söhbəti dəyişdirərək Ermənistana yönəldib, Türkiyə və Azərbaycanı tənqid edib və həmçinin vurğulayıb ki, “Rusiya özünü rəsmi İrəvanın təhlükəsizliyinin qarantı kimi aparmır”. Bu açıqlama Yusini bərk əsəbiləşdirib. 

Bizim.Media xəbər verir ki, polemika “Rusiya 1” telekanalının canlı efirində yayımlanıb. 

2-ci Qarabağ müharibəsi zamanı Rusiya telekanallarında daimi olaraq Ermənistanı dəstəkləyən Maksim Yusin bu dəfə nədənsə əsil həqiqəti danışıb: 

“Hörmətli həmkar, sən hər şeyi öz ölkənlə eyniləşdirirsən. Biz müharibə vaxtı sizi dəstəkləmişdik. Bu, o demək deyil ki, dünyaya ermənilərin gözü ilə baxaq. Ermənistandan kimsə hansısa ərazini ələ keçiribmi? Yox. Qarabağın müstəqilliyini sizin özünüz tanımayıbsınız. Paşinyanı da yenidən Baş nazir seçdiniz”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin