Moldovanın yeni prezidenti Maya Sandu oldu

Hazırda oxunan: Moldovanın yeni prezidenti Maya Sandu oldu

2748

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermənin ilkin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş Naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib.

Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

Xatırladaq ki, ölkə üzrə seçici fəallığı 52,72 faiz olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin