ABŞ hərbçilərinin geri çəkilməsi bütün bölgə üçün problem yaradacaq – Əfqanıstan prezidentin müşaviri 

Hazırda oxunan: ABŞ hərbçilərinin geri çəkilməsi bütün bölgə üçün problem yaradacaq – Əfqanıstan prezidentin müşaviri 

27394

Amerika qoşunlarının və beynəlxalq koalisiyanın Əfqanıstandan çıxarılması bütün bölgə üçün problemdir. Bunun təsirini yalnız Əfqanıstanın yaxın qonşuları deyil, Rusiya da hiss edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib məlumat verib. 

"ABŞ hərbçiləri Əfqanıstandakı iştirakını tədricən azaldır, artıq tamamilə çıxmağa hazırlaşırlar. Biz bu fürsətdən istifadə edərək sabit Əfqanıstan qurmaq istəyirik”, deyə Mohib qeyd edib. 

Onun sözlərinə görə, xarici qoşunların geri çəkilməsinin nəticələri “əfqan xalqının istədiyi" kimi deyilsə, bu, Əfqanıstan, Orta Asiya və Rusiyanın təhlükəsizliyi üçün pis nəticələnəcək. 

Xatırladaq ki, ABŞ rəhbərliyi müttəfiqləri ilə birgə mayın 1-dən başlayaraq sentyabrın 11-dək qoşunlarını Əfqanıstandan çıxaracağına söz verib.   

2020-ci ildə Vaşinqton və Taliban səlahiyyətliləri Dohada 18 ildən çox davam edən müharibədə ilk sülh müqaviləsi imzalayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin