"Barselona"nın super ulduzu Lionel Messi Kataloniya klubu ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, sözləşməsinin müddəti ötən ayın 30-da başa çatan argentinalı hücumçunun irəli sürdüyü şərtlər artıq bəlli olub.
İspaniyanın nüfuzlu "Marca" (Marka) nəşri Messinin şərtlərini ictimaiyyətə açıqlayıb. Cənubi amerikalı vergi məsələləri ilə bağlı öhdəliklərin şəffaf şəkildə yerinə yetirilməsini istəyir.
Lionel iki ildən sonra ABŞ klublarından birinə üz tutacağını istisna etmir və vergilərlə bağlı yarana biləcək problemlərin ona gələcəkdə mane ola biləcəyini düşünür. O, "Barsa"dan COVID-19-un yeni dalğasının geniş vüsət alacağı və bu amilin klubun maliyyə durumuna ciddi təsir edəcəyi halda belə, müqaviləsində nəzərdə tutulan pulları tam şəkildə alacağıyla bağlı təminat tələb edir.
Messi anlaşma ərəfəsində əməkhaqqısının azaldılmayacağını və müqavilədə nəzərdə tutulan vaxtdan gec olmayaraq hər həftə hesabına köçürülməsini də vacib sayır.
Mənbə bu şərtlər fonunda "Barselona" rəhbərliyinin bir araya gələrək müzakirələr apardığını və ulduz oyunçu barədə hələlik dəqiq qərar vermədiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə kataloniyalıların Leonu komandada saxlamaq üçün Miralem Pyaniç və Samuel Umtitini satmaq istədiyi bildirilmişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:20 / 04.07.2021
Messi "Barselona" rəhbərliyindən nə tələb etdi? – TƏFƏRRÜAT
Hazırda oxunan: Messi "Barselona" rəhbərliyindən nə tələb etdi? – TƏFƏRRÜAT
Hazırda oxunan: Messi "Barselona" rəhbərliyindən nə tələb etdi? – TƏFƏRRÜAT
27331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.