Aktrisa Pelin Karahan "MAG" dərgisinin yeni buraxılışı üçün obyektiv qarşısına keçib və müsahibə verib.
Bizim.Media xəbər verir ki, "Kavak yelleri" serialından danışan sənətçi bunları deyib:
"Gözümü orada açdım. Tamaşaçı üçün əyləncəli, mənim üçün çox çətin obraz idi. Bütün məsuliyyət dörd obraz üzərində idi. Həmin vaxt təcrübəsiz idim. İnsanlar hələ də mənə "Aslı" deyə səslənirlər. Çox zəhmət çəkdim və çalışdım. Haqqını verdiyimi düşünürəm".
7 ildir Bedri Güntayla ailəli olan aktrisa "Xoşbəxt evliliyin sirri qarşılıqlı sevgi, səbr və hörmətdir. Səbrli olsanız, uzunömürlü evliliyiniz olar.
Əlbəttə, aradakı uyğunlaşma da önəmlidir. Sevgi var, amma işin içində uşaqlar olanda hüzur və güvən daha ağır basır. Evlilik təkbaşına çiyninizə alacağınız bir yük deyil. Qarşılıqlı olmalıdır".
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:58 / 04.07.2021
Aktrisa xoşbəxt evliliyin sirrini verdi - FOTO
Hazırda oxunan: Aktrisa xoşbəxt evliliyin sirrini verdi - FOTO
Hazırda oxunan: Aktrisa xoşbəxt evliliyin sirrini verdi - FOTO
27252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.