Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.
O bildirib ki, su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur:
“Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır".
Bizim.Media
Water has been called “mining’s most common casualty”.#Okhchu river which flows from Armenia to Azerbaijan is unfolding environmental catastrophy. Heavy chemical contamination as a result of Armenia's #mining industry. Responsible companies must stop their activities. pic.twitter.com/do5eoJrvVW
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 2, 2021