"Bəzi ağzıgöyçəklər qəsdən faktları təkzib edərək..."– Fəzail Ağamalıdan ŞOK

Hazırda oxunan: "Bəzi ağzıgöyçəklər qəsdən faktları təkzib edərək..."– Fəzail Ağamalıdan ŞOK

27159

"Bəzi ağzıgöyçəklər qəsdən faktları təkzib edərək deyirdilər ki, artıq Türkiyə proseslərdən kənardadır, regiona daxil ola bilmədi və s. Şuşa Bəyannaməsi bu cür insanların sifətinə tərs bir şillə vurdu" deyən Fəzail Ağamalı əlavə edib ki, Türkiyə bu Bəyannamə ilə Azərbaycanla bərabər həlledici söz sahibinə çevrildi. 
 

MÖVZU İLƏ BAĞLI:

"İçimizdə Azərbaycan dövlətçiliyinə qarşı olanlar var" – Fəzail Ağamalıdan QALMAQALLI AÇIQLAMA


Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında bu sözləri qeyd edən millət vəkili fikrinin davamında savaşdan sonrakı əhəmiyyətli hadisələrə də toxunub:

"Müharibədən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri də uzun illər gözlədiyimiz Müttəfiqlik Müqaviləsi oldu. Bu, bütövlükdə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin təminatçısı kimi əldə etdiyimiz ciddi  uğurdur. Bütün bu proseslərdə siyasi partiyalar da  kənarda qalmayıb. 2020-ci ilin Tovuz döyüşlərindən başlayaraq 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti dövlətimizlə bərabər oldu. Xalqımızla bir oldu, ordumuzu dəstəklədi"

O ki qaldı ermənilərin atəşkəsi pozmasına:

"Parlament seçkilərindən sonra sərhədboyu ərazilərdə erməni silahlı qüvvələrinin mövqelərimizi atəşə tutması epizodik haldır. Bu,  Azərbaycan üçün təhlükə təşkil edə bilməz. Düşmənin bu atəşinə qarşı daha ciddi  səviyyədə cavablar verilir. Bu gün Ermənistanda özbaşınalıqdır. Parlament seçkilərindən sonra da siyasi böhran aradan qalxmadı, əksinə, özünün yeni mərhələsinə qədəm qoydu. Qalib gələn Paşinyana məğlub olan revanşistlərin önündə gedən qatillər – Koçaryan və Sarkisyan xuntası məğlub oldu. Bunlar məğlubiyyətlərini həzm edə bilmirlər və müxtəlif səviyyələrdə Paşinyana maneçilik törətməyə çalışırlar.

Sərhədboyu zonalarda özlərinə sadiq olan generallar və zabitlər vasitəsilə təxribatlar törədib, Azərbaycanı Ermənistanla müharibəyə cəlb etməyə çalışırlar.

Təxribat nəticəsində ermənilərin günahı ucbatından erməni əsgər və zabitlərinin öldürülməsi ilə xalqı Paşinyana qarşı qaldrmaq, vəziyyəti ağırlaşdırmağa çalışırlar. Düşünmürəm ki, Kəlbəcər istiqamətindən atılan bu addımlar bizim üçün hər hansı bir problem yaratsın. 

Ola bilsin ki, Azərbaycanı müharibəyə təhrik edib,  Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə cəlb etmək istəyir. Eyni zamanda, Paşinyan dəfələrlə Fransaya müraciət edərək qoşunlarının Azərbaycanla sərhədə göndərilməsi haqqında sərsəm fikirlər söyləyib. Bütün bunlara görə nigarançılıq keçirməyə əsasımız yoxdur. 

Sülhməramlılar bir sıra hallarda səlahiyyətlərini aşırlar, daha çox ermənilərin yanında olurlar.

“Laçın dəhlizi” vasitəsilə şəxsiyyətləri bilinməyən, revanşist qüvvələrin Qarabağa gəlməsinə imkan yaradırlar. Bunların hamısı yolverilməzdir. Əminəm ki, sülhməramlılar bir neçə ildən sonra “kimlərin arasında sülh yaradaq” dilemması qarşısında qalacaqlar. Hazırda ermənilər kütləvi şəkildə yaşadıqları Azərbaycan ərazilərindən getməyə başlayıblar"

Azərbaycanlıların Qarabağa qayıtmasına az qalıb:

"2022-ci ildə genişmiqyaslı köçürülmənin şahidi olacağıq. Əhalinin Şuşaya köçürülməsi daha tez ola bilər. Orada təhlükəsiz yaşamaq mümkündür"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin