"Tələbələr skuterlə gedib-gəlsin, elə də baha deyil" — Deputat

Hazırda oxunan: "Tələbələr skuterlə gedib-gəlsin, elə də baha deyil" — Deputat

271346

“Gənclər və tələbələr skuterlərdən istifadə etməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında şəhərdəki sıxlıqdan və tıxaclardan danışan deputat Aydın Hüseynov deyib.


O bildirib ki, dərslər başladıqdan sonra şəhərdə tıxaclar daha da artır:


“Yollarda xeyli müddətdir velosiped zolaqları mövcuddur. Mən düşünürəm ki, əslində biz gənclərimizi, tələbələrimizi o velosiped yollarından istifadəyə öyrətməliyik. Qoy gənclərimiz velosipedlərdən, skuterlərdən istifadə etsinlər, elə də baha deyil, nümunə olsunlar.

Ümumilikdə isə velosiped zolaqlarının, avtobus yollarının olması daha məqsədəuyğundur, nəinki velosiped zolaqlarının məhdudlaşdırılması. Avtobus yollarının ayrı olması, onların sayının artırılması daha yaxşı olar. Bu, tələbələr üçün daha əlverişlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin