"2011-ci ildə "Azərsu" ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur”.
Bizim.Media bildirir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.
Millət vəkili qeyd edib ki, əslində mövcud nəticə qazıq-qazıq küçələr; gündə bir küçədə partlayıb dağılan, keyfiyyətsiz qurulan kanalizasiya xətləri; su qıtlığı və əhalinin narazılığıdır:
MÖVZU İLƏ BAĞLI:
Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ
"Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir”.
M.Quliyev həmçinin bununla bağlı qurumlara da səslənib:
"Hesablama Palatasına səslənirəm, araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü! Mən Respublika Prokurorluğuna müraciət edirəm, yoxlayın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir.
Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su- kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır.
Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda, bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur.
Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin".
Bizim.Media