Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada “Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:23 / 16.09.2025
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı
Hazırda oxunan: Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı
Hazırda oxunan: Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı
270729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































