Azərbaycan daha bir beynəlxalq sazişin tərəfdaş ölkəsi kimi təsdiq edildi

Hazırda oxunan: Azərbaycan daha bir beynəlxalq sazişin tərəfdaş ölkəsi kimi təsdiq edildi

26989

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişinin tərəfdaş ölkəsi kimi təsdiq edilib.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə məlumat artıq təşkilatın internet səhifəsində dərc edilib.

Azərbaycan bu sazişə qoşulmaqla transfer qiymətləri, vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi ilə bağlı riskləri, transmilli şirkətlər tərəfindən həyata keçirilən digər fəaliyyətləri beynəlxalq standartların tələbləri çərçivəsində qiymətləndirmək, eləcə də iqtisadi və statistik təhlillərin aparılması baxımından daha şəffaf vergi mühitini inkişaf etdirmək imkanı qazanır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Türkiyə şirkətləri üçün tranzit xərclərini azaldır – ÖZƏL


Eyni zamanda, Azərbaycanın sözügedən sazişə qoşulması “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsində nəzərdə tutulan 4 minimum standartdan biri - 13-cü Fəaliyyətin (Transfer qiymətləri üzrə sənədləşmə) tələblərinin həyata keçirilməsi deməkdir.

Sazişin effektiv icrası məqsədilə “Transmilli şirkətlər qrupunun üzvü, Azərbaycanın rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası“ hazırlanıb və təsdiq edilib. Qeyd olunan qaydalarla Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Saziş üzrə götürülmüş öhdəliklərin vaxtında icrası məqsədilə Azərbaycanda fəaliyyət göstərən, maliyyə ilində gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər isə hesabatı vergi orqanına təqdim etməlidir.
 

Sazişin tələblərindən irəli gələn müvafiq bildiriş və hesabatların təqdim edilməsi üçün istifadəyə verilmiş elektron platformaya qoşularaq, Ölkələrarası Hesabatın təqdim edilməsi həyata keçirilə bilər.


İstifadəçilər adıçəkilən platformaya giriş zamanı “Əsas səhifə” hissəsində hesabatın verilməsi üçün hazırlanmış “İstifadəçi təlimatı” və “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin