Həbs edilən Rövşən Əkbərovdan yeni XƏBƏR VAR 

Hazırda oxunan: Həbs edilən Rövşən Əkbərovdan yeni XƏBƏR VAR 

26967

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, aparılan istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin