Azad İqtisadi Zona və niyə Ələt? - İlham Əliyevdən konkret cavablar

Hazırda oxunan: Azad İqtisadi Zona və niyə Ələt? - İlham Əliyevdən konkret cavablar

26955

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub. Təməlqoyma mərasimindən sonra Azərbaycan televiziyasına müsahibə verən dövlət başçısı azad iqtisadi zona məsələsinə və bunun üçün niyə Ələt ərazisinin seçilməsinə aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoydu - FOTO


Prezidentin müsahibəsinə əsaslanaraq aşağıdakı qənaətə gəlmək mümkündür:

1.Əsas məqsəd xarici sərmayədarların neft sektorundan qeyri-neft sektoruna sərmayə qoyuluşuna marağı artırmaqdır. Bunun üçün daha mütərəqqi qanunlar qəbul etməklə iqtisadi şərtlər yumşaldılıb, Azərbaycan dövləti tərəfindən münbit biznes şəraiti yaradılıb. Bu isə yüksək maaşlı iş yerlərinin yaranmasına şərait yaratmaqla ölkənin rifah halını yüksəltməyə xidmət edəcək. 

2. Azad İqtisadi Zona üçün Ələtin seçilməsi, bu ərazilərdə boş və kənd təsərrüfatına yararsız torpaq sahələrinin bolluğu, gələcəkdə inkişaf üçün daha böyük ərazi tələbinə cavab verməsidir. Ondan başqa yaxın məsafələrdə tələb olunan digər infrastrukturların mövcudluğu, Beynəlxalq Dəniz Limanı,  Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının olmasıdır və bu imkanlar ilə Ələt qəsəbəsi Bakı şəhərinə ən yaxın ərazidir. Həm də Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir, logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. 

3. Azərbaycanda inkişaf etmiş nəqliyyat sistemi, loqistik təcrübə və peşəkar kadrlar artıq formalaşıb. Xarici investorların iqtisadi marağını təmin edə biləcək yüksək beynəlxalq reytinqə malik infrastrukturumuz var. Azərbaycan bu günə qədər çox çətin geosiyasi vəziyyətdə ən çətin transmilli layihələri uğurla həyata keçirərək beynəlxalq etimad qazanıb və böyük təcrübəsi var.

4. Bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Bu zonanın yaradılması ölkəmizin hərtərəfli inkişafına əlavə şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin