Azad edilmiş ərazilərin bərpası ilə bağlı Dövlət Proqramı hazırlanır - RƏSMİ 

Hazırda oxunan: Azad edilmiş ərazilərin bərpası ilə bağlı Dövlət Proqramı hazırlanır - RƏSMİ 

26901

“İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun iclasında bildirilib. 

Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılmaqdadır. 

İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin