Oyun Layihələrinin Pre-inkubasiyası Proqramına start verildi

Hazırda oxunan: Oyun Layihələrinin Pre-inkubasiyası Proqramına start verildi

268702

Azərbaycan oyun ekosistemi üçün mühüm bir layihə olan Oyun Layihələrinin Pre-inkubasiyası Proqramına qeydiyyat rəsmi olaraq başladı. 

Bizim.Media xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “Gamepons” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən bu proqram yerli oyun komandalarına öz potensiallarını reallaşdırmaq üçün imkan təqdim edir.

Proqramın əsas məqsədi innovativ oyun ideyalarına sahib komandaların inkişafına dəstək göstərmək, onların ilkin mərhələdə lazım olan resursları əldə etməsinə şərait yaratmaq və qlobal bazara çıxış imkanlarını gücləndirməkdir. 

Xüsusilə bu proqram çərçivəsində qalib gələcək komandaların hər biri 10.000 AZN məbləğində qrant dəstəyi ilə mükafatlandırılacaq. Bu isə ideyaların yalnız nəzəriyyədə qalmamasına, reallaşaraq prototipdən tam məhsula çevrilməsinə imkan yaradacaq.

Üç ay davam edəcək intensiv proqramda iştirakçılar oyun dizaynı, proqramlaşdırma, vizual sənət, marketinq və biznes inkişafı kimi vacib sahələrdə peşəkar mentorların rəhbərliyi ilə 24-dən çox təlim və praktik məşğələlərə qatılacaqlar. Bu proses onlara oyun sənayesinin bütün mərhələləri ilə yaxından tanış olmaq və biliklərini təcrübə ilə möhkəmləndirmək imkanı verəcək.

Müraciətlərin qəbulu artıq başlayıb və yalnız məhdud sayda komanda qəbul ediləcək.

Qeydiyyat üçün son tarix 26 yanvar 2025-ci ildir. Bu səbəbdən oyun yaratmaq arzusu olan komandalar üçün vaxtında müraciət etmək böyük əhəmiyyət daşıyır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin