Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin beşinci buraxılışını təqdim edir.
Bizim.Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir
23 yaşlı qəhrəmanımız Tural Hümmətov 44 günlük Vətən müharibəsində 43 gün 19 saat qəhrəmanlıqla savaşandan sonra şəhidlik zirvəsinə ucalır. Tural şəhid olandan 21 gün sonra atası oğlunun yoxluğuna dözməyib vəfat edir.
Cəsur şəhidimizin iş yoldaşları, ailə üzvləri, öz balası kimi sevdiyi bacısının övladları onunla bağlı işıqlı xatirələrini bölüşüblər.
Daha ətraflı videomaterialda:
Bizim.Media