Ermənistan paytaxtında qanunsuz tikililərlə mübarizə davam edir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.
Mənbə yazır ki, İrəvan şəhər administrasiyasının mətbuat xidməti paytaxtın Nor-Nork inzibati rayonunda tikililərin sökülməsinin görüntülərini yayımlayıb.
Yayımlanan görüntülərdə bir neçə tikilinin necə söküldüyü göstərilir.
Bundan əvvəl İrəvan şəhər meri Ayk Marutyan qeyd edib ki, cinayətkar qruplar Ermənistan paytaxtında fəaliyyət göstərərək qanunsuz tikinti layihələrini həyata keçirirlər:
“Həmin şəxslər dövlət qurumlarından məhkəmələrə qədər hər yerdə çalışırlar”. O, qanunsuz tikintini “İrəvanın böyük problemi” adlandırıb.
Bu açıqlamadan sonra qanunsuz tikililərin sökülməsi prosesi güclənib, xüsusən də buldozerlər Ajapnyak və Şengavit inzibati rayonlarında söküntüyə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:05 / 30.06.2021
İrəvanda da qanunsuz tikililər sökülür - VİDEO
Hazırda oxunan: İrəvanda da qanunsuz tikililər sökülür - VİDEO
Hazırda oxunan: İrəvanda da qanunsuz tikililər sökülür - VİDEO
26779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.