Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 657 mindən çox insan yoluxub ki, bu da sutkalıq yoluxma sayına görə ən yüksək göstərici hesab olunur.
Qeyd edilir ki, bununla da virusa yoluxanların ümumi sayı 53,16 milyonu keçib. Virusun qurbanlarının sayı isə sutka ərzində 9,8 mindən çox artıb və ümumilikdə 1,3 milyonu keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
14 noyabr tarixli, Cenevrə vaxtı ilə saat 15:32-yə (Bakı vaxtı 18:32) olan statistikaya görə, dünyada 53 164 803 nəfər yeni növ koronavirusa yoluxub, 1 300 576 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 657 312 nəfərdə koronavirus aşkarlanıb, ölənlərin sayı isə 9797 nəfər artıb.
Son sutka ərzində Avropa regionu yoluxanların sayına görə birinci yeri tutub (285 332), ikinci ən yüksək göstərici Şimali və Cənubi Amerikada müşahidə olunub (269 225), Cənub-Şərqi Asiya isə üçüncü olub (55 551).
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 10 460 365 nəfər.
Onun ardınca Hindistan (8 773 479), Braziliya (5 781 582), Rusiya (1 903 253), Fransa (1 886 286), İspaniya (1 458 591), Böyük Britaniya (1 317 500), Argentina (1 284 519), Kolumbiya (1 174 012) və İtaliya (1 107 303) gəlir.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:05 / 15.11.2020
ÜST son sutkada yeni antirekord qeydə alıb
Hazırda oxunan: ÜST son sutkada yeni antirekord qeydə alıb
Hazırda oxunan: ÜST son sutkada yeni antirekord qeydə alıb
2677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.