Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri beş avropalı diplomata istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Mənbələrin bildirdiyinə görə, bu təklif Avropa rəsmilərinin Ukraynada atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə etdiyi bir neçə variantdan biridir. ABŞ-nin bufer zonanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi vurğulanıb.
Sözügedən zonanın sərhədinə nəzarət etməli olan hərbi qüvvələrin sayı da hələlik dəqiqləşməyib. Məlumata görə, bu say 4 min ilə 60 min arasında dəyişə bilər və onun əsas hissəsini Fransa və Britaniya hərbçiləri təşkil edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							08:22 / 29.08.2025
							
						Avropada hazırlıqlar BAŞLADI - Ukraynada bufer zona YARADILA BİLƏR
						
							
								Hazırda oxunan: Avropada hazırlıqlar BAŞLADI - Ukraynada bufer zona YARADILA BİLƏR							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Avropada hazırlıqlar BAŞLADI - Ukraynada bufer zona YARADILA BİLƏR							
						267573
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































