Əhaliyə qəti xəbərdarlıq edildi: iyul ayında... - RƏSMİ 

Hazırda oxunan: Əhaliyə qəti xəbərdarlıq edildi: iyul ayında... - RƏSMİ 

26756

İyulun hansı günlərində Yer kürəsində maqnit fırtınalarının gözlənildiyi məlum olub. 

Bizim.Media xəbər verir ki, günəşin aktivliyinin artdığı həmin günlərdə xroniki xəstəlikləri, eləcə də orqanizmi hava dəyişikliklərinə kəskin reaksiya verən insanların ehtiyatlı olmaları məsləhət görülür.

Həqiqət budur ki, maqnit fırtınası əhval-ruhiyyənin pisləşməsinə də səbəb ola bilər.  İyul ayında maqnit fırtınalarının çox olacağı ilə bağlı xəbərdarlıq da edilir. 

İlk fırtınalar ayın əvvəlində baş verəcək. İyulun 4 və 5-də baş verəcək maqnit fırtınası dörd bala çatacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın sonu yaxınlaşır - Alimlərin iddiası


Mütəxəssislərin məlumatına görə, ikinci dalğa iyulun 9 və 10-da olacaq. Təbii hadisələrin zərbələrinin bir qədər zəif olacağı və üç balı keçməyəcəyi gözlənilir. 

Üçüncü dalğa ayın 12-si və 13-nə proqnozlaşdırılır. Bu günlər ciddi bir sınaq olacaq. Buna səbəb planetar indeksin normanı üç dəfə üstələməsi, təsir gücünün isə dörd ballıq olmasıdır. Bu, iyul ayının ən güclü zərbəsi olacaq. 

Zəif maqnit qasırğası iyulun 29-da gözlənilir. 

Qasırğanın təsirini azaltmaq üçün bu fenomenə hazırlaşmaq daha yaxşıdır. 

Kifayət qədər yatmaq, yüngül qidalara üstünlük vermək, ürək-damar sistemini çox yükləməmək tövsiyə olunur. Bu dövrlərdə ağır fiziki yüklənmədən imtina etmək məsləhətdir. 

Mütəxəssislər belə günlərdə qarşıdurmalardan və çətin qərarlardan çəkinməyi məsləhət görürlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin