Ağasəlim Mircavadov: “Rəqiblər normaldır, Avropada artıq zəif komanda olmur”

Hazırda oxunan: Ağasəlim Mircavadov: “Rəqiblər normaldır, Avropada artıq zəif komanda olmur”

267542

““Qarabağ” onsuz da Çempionlar Liqasında düşməklə böyük iş gördü, fikrimcə əsas mərhələdə də layiqli mübarizə aparacaq”.

Bu sözləri “Qarabağ”ın rəqiblərini dəyərləndirərkən Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

O, Bizim.Media-ya açıqlamasında Ağdam klubunun püşkdə güclü klublarla düşməsinin normal olduğunu bildirib:
 

“Bilirsiz, mən püşkü normal qəbul edirəm. Artıq Avropada zəif rəqib yoxdur. Xüsusilə də Çempionlar Liqasında. Misal üçün “Ferentsvaroş” Bakıdakı oyunu ilə sübut etdi ki, güclü klubdur.


“Qarabağ” bax belə bir komandanı mübarizədən kənarlaşdırdı. İndi əsas mərhələdə “Liverpul”, “Çelsi”, “Napoli” kimi komandalarla oynayacağıq. Başqa cür ola da bilməzdi.

Əvvəlcədən bilinirdi ki, səbətlərdəki komandalar çox güclüdür. Qoy olsun. “Qarabağ” inanıram ki, onlara layiqli müqavimət göstərəcək. Komanda yavaş-yavaş daha da formaya düşəcək.
 

Oyunlar sentaybr ayındadır. Həmin vaxta qədər yeni transferlər də komandaya yavaş-yavaş uyğunlaşacaqlar. Biz sözlə komandamıza inanmaq lazımdır. Xüsusən də yerli futbolçularımıza.


Onlar son oyunlarda doğrudan da əla təsir bağışladılar. Fikrimcə “Qarabağ” bu dəfə Çempionlar Liqasında daha yaxşı çıxış edəcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin