"Delta plus" ştammının 3 əsas əlaməti

Hazırda oxunan: "Delta plus" ştammının 3 əsas əlaməti

26740

Hazırda dünyada üstünlüyü ələ alan Delta plyus variantı Hind ştammının bir növüdür.

Artıq bizə qonşu bütün ölkələrdə Delta plyus variantı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Kral London kollecinin genetik epidemioloqu Tim Spektor hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib.

Delta plyusla hind ştammının əlamətləri analoji olaraq oxşardır.

Alim 3 əsas simptomu açıqlayıb: güclü baş ağrıları, boğazda ağrı, burun tutulması. Bütün bunlar kəskin halsızlıqla davam edir.

Klassik, əvvəlki koviddə isə yüksək hərarət, öskürək, dad iybilmənin itməsi ilə başlayırdı.

Tima Spektor deyir ki, hind ştammında qoxu bilmənin itməsi çox nadir rast gəlinir.

Alimlər bildirir ki, delta plyusa yoluxma çox asan və sürətlidir. Vaksin olunmuşlar da bundan qorunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin