Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda 2 erməninin qalıqları tapıldı
Meyitlər Hadrutda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 588-ə çatıb.
Bizim.Media