Azərbaycanda tanınan və sevilən türkiyəli jurnalist Fulya Öztürk CNN Türk kanalından ayrılaraq FOX TV-də işə başlayıb. Bu isə Azərbaycan izləyicisi tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, FOX kanalı bir neçə dəfə Azərbaycana qarşı fərqli mövqe nümayiş etdirib.
Bəzi izləyicilərin fikrincə Fulya Öztürkün orada işə başlamasına müəyyən təsirlər göstərə bilər.
MÖVZU İLƏ BAĞLI:
Fulya Öztürkdən ETİRAF: “Dayım azərbaycanlı olduğumuzu deyir” – ÖZƏL VİDEO MÜSAHİBƏ
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən jurnalist bildirib ki, onun Azərbaycana və Türk qardaşlığına olan sevgisini heç kəs mane ola bilməz.
“İllər əvvəl bir aparıcının etdiyi səhvə görə, şirkət onu dərhal işdən azad etdi.
44 günlük Vətən müharibəsi zamanında kanalın xəbərləri ilk əvvəl gedən savaşdan xəbər verirdi. Mən vətənpərvərlik ruhu olmayan bir yerdə çalışa bilmərəm. Mən bir türk qızı olaraq hər zaman Azərbaycan və Türkiyənin yanındayam. Bundan əlavə mən Fox televiziyasına milyonlarla insana kömək olmaq üçün proqram hazırlamağa gedirəm.
Fox TV və mən daima Azərbaycanın yanındayıq. Gələcəkdə bunu daha aydın şəkildə görəcəksiniz”.
Söhbət əsnasında jurnalist CNN kanalından ayrılmağının da səbəblərini açıqlayıb.
O, bildirib ki, harada işləməyindən asılı olmayaraq, CNN onun üçün hər zaman doğma kanal olaraq qalacaq.
"CNN mənim ilk yuvamdır, mənim üçün oradan, doğmalarımdan ayrılmaq çox çətin idi. Bütün iş yoldaşlarımla ağlaya-ağlaya ayrıldıq. Lakin Fox-da edəcəyim iş insanlara daha çox fayda verəcək. CNN hər zaman mənim könlümdədir”.
Vüsalə Balayeva, Bizim.Media