İyunun 28-də NATO Parlament Assambleyasının Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan videokonfrans formatında seminarı keçirilib.
Bizim.Media-ya Milli Məclisdən verilən məlumata görə, seminarda çıxış edən deputat Məlahət İbrahimqızı bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanda və xaricdə olan revanşist qüvvələrə qarşı ciddi tədbirlər görməlidir.
O qeyd edib ki, regionda kommunikasiya yollarının təxirə salınmadan açılması, işğaldan azad olunmuş bütün ərazilərin minalanma xəritələrinin qısa müddətdə Azərbaycana təhvil verilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyasının aparılması işlərini dəstəkləməlidir.
Qeyd edib ki, bütün bölgə xalqlarının da mənafeyinə və rifahına uyğun olan bu tədbirlər Ermənistanı da iqtisadi tənəzzüldən qurtarar, xalqlar arasında etimad mühiti yaradar.
Avropalı ekspert Tomas de Vaala verilən cavabda isə bildirilib ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib, müvafiq sənədlər qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:14 / 29.06.2021
NATO-da Vətən müharibəsindən danışıldı - FOTO
Hazırda oxunan: NATO-da Vətən müharibəsindən danışıldı - FOTO
Hazırda oxunan: NATO-da Vətən müharibəsindən danışıldı - FOTO
26654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.