ABŞ Prezidenti Co Bayden parlament seçkiləri münasibətilə Ermənistanı təbrik edib və rəsmi İrəvanla tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu deyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin sahibi “Twitter”dəki mikrobloqunda yazıb.
“Ermənistan xalqını və Baş nazir Nikol Paşinyanı uğurlu parlament seçkiləri münasibətilə təbrik edirəm. Rəsmi İrəvanla tərəfdaşlığımız ortaq dəyərlərdən biridir, həmçinin demokratik islahatlar və münaqişələrin həlli məsələlərində əməkdaşlıqdır. Bu tərəfdaşlığın gücləndirilməsinə sadiqik”, deyə Co Bayden qeyd edib.
Bizim.Media
Congratulations to the people of Armenia and Prime Minister @NikolPashinyan on successful parliamentary elections. Our partnership with Armenia is one of shared values and cooperation on democratic reform and conflict resolution—we are committed to strengthening that partnership.
— President Biden (@POTUS) June 28, 2021