Qoç - Venera və Haumeanın münasibətləri bu gün güclü təəssüratların arxasınca düşməməyi məsləhət bilir. Çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün.
Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.
İşləri qaydaya salmaq üçü əlverişli gündür.
Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin. İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin.
Buğa - Merkuri və Saturnun münasibətləri tələsməyi məsləhət bilmir. Bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun.
Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır.
İşlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər.
Axşam saatlarında yaxşı dincəlin.
Əkizlər - İo və Kallistonun münasibətləri bir mövzunun sizi bitkin mövqeyinizə hegemonluq etməsi ilə nəticələnə bilər.
Enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz.
Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər. Dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün.
Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun.
Xərçəng - Deymos və Andromedanın münasibətləri bu gün kiçik problemlər yarada bilər. İzafi dərəcədə çox tələb etməkdən, inaddan çəkinin.
Özünüzə əminlik bu gün sizi çətin vəziyyətdə qoya bilər. Emosional fon stabil deyil və nəticələri əvvəlcədən təxminləmək olmur.
Sərt özünənəzarət olarsa, uğursuzluqları uğura döndərmək, situasiyanın gərginləşməsindən yaxın ətrafınızdakı insanları mühüm məsələlərin həllinə səfərbər edə bilərsiniz.
Ümumi maraqlar və məqsədlərin varlığı sizi birləşdirəcək, ab-havanı gözlənilməz dərəcədə yaxşılaşdıracaq.
Axşam saatlarında internetdə macəra aramayın.
Şir - Erida və Makemakenin münasibətləri ağıllı davranışın yaxşı nəticə verəcəyi gün vəd edir. Gurultulu bəyanatlar verməyin, qapını çırpayın.
Münasibətlərdə yığılıb qalmış qarşılıqlı inciklik və umu-küsünü həll edərək aradan qaldırmaq üçün dostlarla həmkarları fərqli düşərglərə ayırın. Dəyərləndirmələr, ehtimallar və diaqnozlarla tələsməyin.
Situasiya qəflətən təkan alaraq təxminləmədiyiniz istiqamətdə inkişaf edə bilər. İşin maraqları çərçivəsində çıxış etsəniz, şərait sizə uğurlu yöndə formalaşaraq problemləri aktiv şəkildə aradan qaldırmağınıza yardım edə bilər.
Yaxın ətrafınızdakı insanlara yardım edin, təşəxxüs və ambisiyalarınızı unudun.
Günün optimal mövqeyi budur.
Qız - Haumea və Plutonun münasibətləri maraqlarınız çərçivəsində olan işlərin çözülməsini tələb edir.
Səfər, gəzinti, ezamiyyət və ya sizin üçü iri məbləğdə pulun xərclənməsi məsləhət deyil. Ünsiyyət və hətta əyləncə belə, sizi razı salmayacaq.
Hissiyat artır. Diqqət və qayğınıza ehtiyac duyan insanları yadan salın. Sevdiyiniz insanı, yaxın adamlarınızı, ailə üvlərinizi səmimiyyətdən məhrum etməyin.
Hisslər, emosiyalar və birgə maraqlara diqqət yetirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxmaq xeyirlidir.
Tərəzi - Pluton və Sereranın münasibətləri neytral gün vəd edir. Dünən çətin gün idi və bu səbəbdən ifrat gərginlik vəd edən yeni işə başlamayın.
Uzun-uzadı ünsiyyət, məcburi olmayan işlərlə özünüzü yormayın. Nəticələrə varın, yaxın gələcəklə bağlı planı düşünün. Ev və ailə üçün faydalı işlə məşğul olun.
Səhhətinizin qeydinə qalın. Nigaranlıq və təlaşınızın artmasına imkan verməyin.
Fiziki aktivliyi gücləndirmək gərəkdir.
Axşam saatlarında maraqlarınız üçün vaxt tapın.
Yeni ideyalar və fkirlər ola bilər.
Əqrəb - Leda və Himaliyanın münasibətləri sizi qeyri-konstruktiv məqsədlərə və istiqamətlərə bol enerji sərf etməyə sürükləyə bilər.
Hisslərlə emosiyaların dramatik mərhələyə keçməməsi üçün proqnozlaşdırılmamış olayların yaranmasının qarşısını alın, münaqişəyə zəmin yaratmayın. Bilikli və təcrübəli insanın müdrikliyində yardım arayın, yaxşı məsləhəti qulaqardına vurmayın.
Baş verənlərin önəmini arıtrmayın. Bilavasitə iştirakınızı tələb edən işlərdə aktiv iştirak edin, önəmli məqamları qulaqardına vurmayın.
Daxili durumunuz axşam saatlarında əyləncə tələb edə bilər. Fəqət, evdən çox uzaqlaşmayın.
Oxatan - Tefeya və Oberonun münasibətləri hisslər, emosiyalar müstəvisində yeniliklər vəd edir. Gözlənilməz hadisələr baş verə bilər. Şəxsi münasibətlər müstəvisində hisslərin tarıma çəkilməsi, umu-küsü, hətta vidalaşma belə, istisna deyil.
Əvvəllər həll edə bilmədiyiniz məsələlərə cavab aramağa çalışın, problemlərin səviyyəsini aşağı salmaq üçün addım atmazdan əvvəl düşünün.
İşlərdəki nizama diqqət yetirin, məcrasından çıxan prosesi axına qaytarın.
Ümumi fon asan deyil, heç nədən münaqişə yarana bilər. İş və tərəfdaşlıq münasibətləri verə biləcəyiniz və ya alacağınız azadlığın həddindən asılıdır.
Axşam saatlarında tünlük yerlərdə olmayın, insanların çox olduğu məkanlara varmayın.
Oğlaq - Haron və Tritonun münasibətləri gərgin hadisələrin yaşanacağı gün vəd edir. Rəqiblər qaydaları pozaraq "partizan savaşı"na başlaya bilərlər. Adekvat cavab reaksiyasını düşünün.
Yaşanan situasiyalarda bədxah və rəqiblərinizdən öndə olmağa çalışın, amma vicdanınızla sövdələşməyə getməyin.
Heç yerə tələsməyin və belədə səhvlərə də yol verməzsiniz.
Günlə bağlı çoxlu, genişmiqyaslı planlar qurmayın. Zatən gün sizə çox iş "əta" edib.
Fiziki işdə çalışın. Tələb və iddiaları təxirə salın.
Dolça - Miranda və Fobosun münasibətləri borcları qaytarmağı, vədləri yerinə yetirməyi, işdə və evdə qayda yaratmağı tələb edir. Həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın.
Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər.
Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın.
Bu gün gələn xəbərlər əhvalınızı poza bilər.
Planlarınızı yenidən nəzərdən keçirin. Hansısa marağı və ya istəyi qurban verərək mühüm mövzunu inkişaf etdirmək gərəkdir.
Balıqlar - Elara və Sinopenin münasibətləri iş həcminin böyük olacağı gün vəd edir. Yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz.
Yaxın ətrafınızdakı insanlardan dəstək arayın.
Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var.
Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 29.06.2021
Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
26617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.